"Şahdağ Qusar" heyətini yeni futbolçu ilə gücləndirib.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Fildişi Sahilindən olan Alassane Kulibali ilə müqavilə imzalanıb. 24 yaşlı futbolçu ilə müqavilənin müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulub. Kulibali mərkəz hücumçusu mövqeyində çıxış edir.
Qeyd edək ki, Kulibali son olaraq ölkəsinin “AFAD-Pleteau” klubunda çıxış edib.