Ter Ştegen dizindən əməliyyat olunacaq
Operativ Media
"Jirona"nın almaniyalı qapıçısı Mark-Andre ter Ştegen sol budundakı bud əzələsindən aldığı zədəni bərpa etmək üçün əməliyyat olunacaq.
Operativ Media xəbər verir ki, o, bu haqda sosial media hesabında paylaşım edib.
Qapıçı zədəni yanvarın 31-də İspaniya çempionatının 22-ci turunda "Oviedo"ya 0:1 hesabı ilə uduzduqları oyunda almışdı. 33 yaşlı alman futbolçunun dəqiq sağalma müddəti daha sonra açıqlanacaq.
Ter Ştegen 21 yanvarda mövsümün sonuna qədər icarə əsasında "Barselona"dan "Jirona"ya keçib. O, artıq La Liqada iki oyunda iştirak edib. Ter Ştegenin "Barselona" ilə müqaviləsi 2028-ci ilə qədərdir. Alman futbolçu "Barselona"ya 2014-cü ilin yayında "Borussiya" (Mönhenqladbax) klubundan keçib.