DİN insident görüntülərinə aydınlıq gətirib
Sosial şəbəkələrdə polis əməkdaşlarının guya qazi kimi təqdim olunan şəxsə fiziki güc tətbiq etməsi ilə bağlı yayılmış görüntülərlə bağlı araşdırma aparılmışdır.
Operativ Media xəbər verir ki, müəyyən edilmişdir ki, hadisə 3 noyabr 2025-ci il tarixdə baş verib.
Görüntüdəki şəxs əvvəllər Rusiya Federasiyasında bir neçə dəfə narkotik maddələrin satışı ilə bağlı həbs olunmuş 1982-ci il təvəllüdlü Həsənov Fikrət Arif oğludur.
O, uzun müddət Rusiyada yaşayıb, ümumiyyətlə hərbi xidmət keçməyib, onun qazi, müharibə iştirakçısı kimi təqdim olunması iddiaları tamamilə əsassızdır.
Fikrət Həsənov sonuncu dəfə 2024-cü ildə Bakı şəhərində külli miqdarda narkotik vasitə satışı ilə əlaqədar saxlanılaraq barəsində cinayət işi başlanılmış, özü də narkotik asılılığından əziyyət çəkdiyindən məhkəmənin qərarı ilə məcburi müalicə mərkəzinə yerləşdirilmişdir.
3 noyabr 2025-ci il tarixdə Fikrət Həsənov kəsici alət əldə edərək xəstəxananın tibbi personalının həyat və sağlamlığı üçün təhlükəli davranış nümayiş etdirdiyindən məsul həkimin çağırışı əsasında orada xidmət aparan polis əməkdaşları tərəfindən müdaxilə edilərək hərəkətlərinin qarşısı alınmışdır.
İnsidentin qarşısı alınarkən lazımsız güc tətbiq etmiş polis əməkdaşları ilə bağlı xidməti yoxlama aparılmış, onlar daxili işlər orqanlarından xaric olunaraq barələrində müvafiq tədbirlər görülmüşdür.