Azərbaycanın Hərbi Prokurorluğunda yeni təyinat olub
Operativ Media
Azərbaycanın Hərbi Prokurorluğunda yeni təyinat olub.
Operativ Media xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı Verdiyev Amid Asif oğlu Hərbi Prokurorluğun Kadrlar şöbəsinin rəisi təyin edilib.
Xatırladaq ki, A.Verdiyev uzun illərdir prokurorluq orqanlarında işləyir. Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il sentyabrın 28-də imzaladığı sərəncamla o, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.