Tiaqo Silvanın oğlu İngiltərənin gənclər millisinə çağrılıb
Operativ Media
"Porto"nun müdafiəçisi Tiaqo Silvanın oğlu İsaqo İngiltərənin 15 yaşadək futbolçulardan ibarət milli komandasına çağırılıb.
Operativ Media xəbər verir ki, "Çelsi"nin futbolçusu İsaqo Mendeş da Silva gələn həftə Kipr və ABŞ millilərinə qarşı oyunlarda İngiltərə millisində debüt edəcək.
41 yaşlı Tiaqo Silva "Çelsi" ilə Çempionlar Liqasının qalibidir. O, həmçinin "Milan", "Dinamo Moskva", PSJ və "Fluminense" kimi klublarda da oynayıb. Braziliya millisində 113 oyun keçirib və 2019-cu ildə "Copa América"nı qazanıb.