Menyu

"Nyuells Old Boys"un vitse-prezidenti Messinin 2027-ci ildə kluba qayıtmasını istəyir

Operativ Media
"Nyuells Old Boys"un vitse-prezidenti Messinin 2027-ci ildə kluba qayıtmasını istəyir

"Nyuells Old Boys" klubunun vitse-prezidenti Xuan Manuel Medina hücumçu Lionel Messini doğma komandasına qaytarmaq istədiklərini açıqlayıb.

Operativ Media "The Independent"ə istinadən xəbər verir ki, klub rəsmisi bu məsələ üzərində işlədiklərini bildirib.

“Leo Messinin 2027-ci ilin ilk yarısında "Newell's"də çıxış etməsi ehtimalı üzərində işləyirik. Hazırda əlimizdə olan plan budur. Bu layihə təkcə klub çərçivəsində deyil — Rosario şəhəri, əyalət və ümumilikdə Argentina futbolu üçün böyük əhəmiyyət daşıyır”.

38 yaşlı Messi "İnter Mayami" klubu ilə 2028-ci ilə qədər müqaviləyə malikdir. Argentinalı futbolçu "Barselona"nın akademiyasına qoşulmazdan əvvəl təxminən altı il "Nyuells Old Boys"un gənclər komandasında çıxış edib.

Əlaqəli Xəbərlər