Menyu

DGK: İrandan Rusiyaya gedən yük maşınında 51 kq marixuana aşkarlanıb

Operativ Media
DGK: İrandan Rusiyaya gedən yük maşınında 51 kq marixuana aşkarlanıb

Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində növbəti dəfə xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Operativ Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, narkotik vasitə “Cənub-Astara” gömrük postunda ölkə ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “göyərti” yükü aparan nəqliyyat vasitəsində aşkarlanıb. Stasionar rentgen qurğusunda aparılan baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə əsaslı gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda yerləşdirilən gömrük nəzarətindən gizlədilən, qablaşdırılmaları ilə birlikdə ümumi çəkisi 51 kiloqram 941 qram xüsusilə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər