"Barselona" Levandovski ilə müqavilə müddətini artırmaq istəyir
Operativ Media
İspaniya çempionu "Barselona" komandanın polşalı hücumçusu Robert Levandovski ilə yeni müqavilə imzalamağa hazırdır.
Operativ Media xəbər verir ki, "Barselona" rəhbərliyi və almaniyalı baş məşqçi Hans-Dieter Flik 37 yaşlı futbolçunun oyunundan və komanda daxili rolundan məmnundurlar.
Levandovskinin hazırkı müqaviləsi bu mövsümün sonuna qədərdir. Yeni müqaviləyə əsasən, onun maaşı azaldılacaq. Tərəflər hələlik danışıqlar aparmayıblar.
Levandovski bu mövsüm 17 oyunda meydana çıxıb və 9 qol vurub.