Tahir Gözəl "Nyukasl"la oyundan gözləntilərini açıqlayıb
“Qarabağ” bu gün Avropanın ən stabil klubudur.
Operativ Media xəbər verir ki, bunu Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl "Aztv"yə müsahibəsində deyib.
O, "Nyukasl"la keçirəcəkləri oyun haqda danışıb.
"Biz çox gözəl yerlərə gəlmişik. Tarixi bir sezon yaşayırıq. Bu, məni çox sevindirir. Çempionlar Liqasındakı klublar möhtəşəm, çətin klublardır. Avropada 1200-dən artıq klub var. Biz ilk 24-lüyə düşmüşük. Bu klublar nəhənglərdir. Biz “Nyukasl” ilə oyuna çıxanda qazanmaq arzusu ilə çıxacağıq. Biz qazanmağa oynayacağıq, biz bərabərliyə oynamayacağıq. Hücum oyunlarımızı oynayacağıq, ən yaxşı oyunlarımızı göstərəcəyik".
Tahir Gözəl komandadan nə istədiyini dilə gətirib.
"Mənim arzum odur ki, klubumdan, Qurban Qurbanovdan gözləntim budur ki, tariximizdəki ən gözəl səyi göstərsinlər. Mən həmişə deyirəm ki, nəticə həyatdandır, Allahdandır. Amma o səyi, ən gözəl oyunu görmək istəyirəm".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ" İngiltərənin "Nyukasl" komandası ilə qarşılaşacaq. Matç saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.