Menyu

Yeniyetmə cüdoçular üçün seminar təşkil olunub

Operativ Media
Yeniyetmə cüdoçular üçün seminar təşkil olunub

Yeniyetmə qızlardan ibarət milli komandanın üzvləri üçün Beynəlxalq Cüdo Federasiyasının tətbiq etdiyi yeni qaydalarla bağlı seminar təşkil olunub.

Operativ Media xəbər verir ki, seminar Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayevin təqdimatında keçirilib.

Məşğələ zamanı qaydalardakı yeniliklər idmançılara praktiki nümunələr üzərindən izah edilib, müxtəlif epizodlar üzrə qərarvermə meyarları ətraflı müzakirə olunub. Seminarın məqsədi yeni tələblərin daha dəqiq mənimsənilməsi, yarışlarda yarana biləcək anlaşılmazlıqların qarşısının alınması və taktiki yanaşmanın daha səmərəli qurulmasına dəstək göstərmək olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər