"Roma"nın keçmiş hücumçusu və kapitanı Françesko Totti klubun texniki direktoru ola bilər.
Operativ Media xəbər verir ki, bu haqda jurnalist Nikola Şkira məlumat yayıb.
49 yaşlı hücumçu bütün karyerasını "Roma" klubunda keçirib. Karyerası 2017-ci ildə başa çatdıqdan sonra o, 2019-cu ilin yayında "Roma"nın direktoru vəzifəsini icra etməyə başlayıb.
"Roma"nın tərkibində İtaliya çempionu (2000/2001), həmçinin iki dəfə İtaliya Kuboku və Super Kubokunun qalibi olub.