Ana səhifə / İdman / "Fənərbaxça"da çıxış edən hücumçu Rusiya klubuna keçir "Fənərbaxça"da çıxış edən hücumçu Rusiya klubuna keçir 06.02.2026, 17:07 Operativ Media "Əl-Nəsr"in futbolçusu, icarə əsasında "Fənərbaxça"da çıxış edən Con Duran Türkiyədən ayrılıb. Operativ Media xəbər verir ki, kolumbiyalı hücumçu "Zenit"lə anlaşıb.O, Sankt-Peterburq təmsilçisi ilə icarə müqaviləsi imzalayacaq.22 yaşlı futbolçunun "Əl-Nəsr"lə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir. Kolumbiyalı bu mövsüm "Fənərbaxça"nın heyətində 21 matçda 5 qol vurub, 3 məhsuldar ötürmə edib. Duran "Enviqado" və "Çikaqo" klublarında da oynayıb.