Menyu

“İmişli” PFK-nın prezidenti Dinamo Tbilisi Akademiyasında görüş keçirib

Operativ Media
“İmişli” PFK-nın prezidenti Dinamo Tbilisi Akademiyasında görüş keçirib

“İmişli” peşəkar futbol klubunun prezidenti Kamran Eyyubov Gürcüstanın nüfuzlu Dinamo Tbilisi Futbol Akademiyasında işgüzar görüş keçirib. Operativ Media xəbər verir ki, görüş zamanı futbol akademiyalarının fəaliyyəti, gənc futbolçuların hazırlanması və inkişaf modeli ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Eyni zamanda, İmişli Futbol Akademiyasının qurulması istiqamətində görüləcək işlər müzakirə olunub, struktur, idarəetmə və inkişaf strategiyası üzrə əsas hədəflər müəyyənləşdirilib. Görüş qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi baxımından əhəmiyyətli hesab olunub.

Əlaqəli Xəbərlər