Menyu

"Böyük Dəbilqə": Daha 5 Azərbaycan cüdoçusu mübarizəyə qoşulur

Operativ Media
"Böyük Dəbilqə": Daha 5 Azərbaycan cüdoçusu mübarizəyə qoşulur

Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqə turniri bu gün başa çatacaq.

Operativ Media xəbər verir ki, yarışın sonuncu günündə Azərbaycan millisinin beş cüdoçusu üç çəki dərəcəsində mübarizəyə qoşulacaq.

Kişilərin -81 kq çəki dərəcəsində 1/16 final mərhələsində Zelim Tçkayev Çin təmsilçisi Vanq Cian-nan və ya Madaqaskar idmançısı Lova Mahaisoa Randrianasolo ilə üz-üzə gələcək. Vüsal Qələndərzadə isə Fransa cüdoçusu Saşa Jiqli və ya Ukrayna təmsilçisi Mixaylo Svidrakla qarşılaşacaq.

-100 kq çəki dərəcəsində 1/16 finalda Əjdər Bağırov Mərkəzi Afrika Respublikasından olan Denis Sedrik Nquyassa Bekai ilə görüşəcək.

+100 kq çəki dərəcəsində Uşanqi Kokauri Almaniya təmsilçisi Marvin Belzlə, Kənan Nəsibov isə Avstriya idmançısı Ştefan Heqi ilə mübarizə aparacaq.

Təsnifat görüşləri Bakı vaxtı ilə saat 11:00-da JudoTV vasitəsilə yayımlanacaq. Final bloku isə saat 20:00-da CBC Sport telekanalında təqdim olunacaq

Əlaqəli Xəbərlər