Ana səhifə / Ölkə / Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb Masallıda 9 kiloqram narkotik vasitə aşkarlanıb 08.02.2026, 11:05 Operativ Media Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti əməliyyat keçirilib.Operativ Media xəbər verir ki, saxlanılan 31 yaşlı Fərid Mirzəyevdən 9 kiloqram marixuana aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib.Faktla bağlı cinayət işi başlanılıb. F.Mirzəyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.