Sıxlıq olan yollar açıqlanıb - SİYAHI
Operativ Media
Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, “Sulutəpə” dairəsi istiqamətində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhudiyyət səbəbindən bəzi yollarda sıxlıq yaranıb.
Operativ Media siyahını təqdim edir:
1. Bakı-Sumqayıt şosesi Sumqayıt;
2. Tbilisi prospekti, Sumqayıt;
3. Ziya Bünyadov prospekti, Alı Mustafayev, Sumqayıt;
4. Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, Beynəlxalq Avtovağzal;
5. Binəqədi rayonu, Mir Cəlal ilə Asif Məhərrəmov küçələrinin kəsişməsi, Beynəlxalq Avtovağzal istiqamətlərində nəqliyyat sıxlığı müşahidə olunur.
Hazırda qeyd edilən istiqamətlərdə nəqliyyat intensivliyini artırmaq məqsədilə yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.