Menyu

Gənc boksçuların ölkə birinciliyi: 276 idmançı mübarizəyə qoşulacaq

Operativ Media
Gənc boksçuların ölkə birinciliyi: 276 idmançı mübarizəyə qoşulacaq

Fevralın 9-da boks üzrə gənclər arasında Azərbaycan çempionatına start veriləcək.

Operativ Media xəbər verir ki, Boks Mərkəzində təşkil olunacaq yarışda oğlanlar arasında 10,qızlar arasında 5çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 58 komandanın 276 (244 oğlan, 32 qız) boksçusu qatılacaq. Yarışın açılış mərasimi saat 12:00-da, döyüşlər saat 12:30-da başlanacaq. Qaliblərin adına isə fevralın 15-də aydınlıq gələcək.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, U-19 Azərbaycan çempionatının supervayzeri özbəkistanlı Aleksandr Hamidov, baş hakimi həmyerlimiz Anar Babanlı olacaq. Döyüşləri yerli referilərlə yanaşı, neytral hakimlər – Yay Olimpiya Oyunları və dünya çempionatları təcrübəsi olan Veronika Şuks (Macarıstan), Dmitri Meliss (Estoniya), Mişel Buriqo Paulo (Braziliya), Pavlov Pavel Petkov (Bolqarıstan), Qo Çjan (Çin) və Bekjon Yusupov (Özbəkistan) da idarə edəcəklər.

Əlaqəli Xəbərlər