Menyu

MOK rəsmiləri Milanda Azərbaycan nümayəndə heyəti ilə görüş keçirib

Operativ Media
MOK rəsmiləri Milanda Azərbaycan nümayəndə heyəti ilə görüş keçirib

Milli Olimpiya Komitəsinin (MOK) rəsmiləri İtaliyada təşkil olunan XXV Qış Olimpiya Oyunları çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə görüş keçirib.

Operativ Media xəbər verir ki, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyev Milanda yerləşən Atletlər kəndində olublar.

Rəsmilər Olimpiya kəndində məskunlaşan nümayəndə heyətinin üzvləri və ölkəmizi təmsil edən fiqurlu konkisürən Vladimir Litvintsevlə görüşüblər. Şef de-mission Anar Bağırov kənddə yaradılan şərait, idmançıların hazırlıq prosesi, məskunlaşma və qidalanma barədə ətraflı məlumat verib.

Görüş zamanı yarışlara hazırlığın gedişi müzakirə edilib, mövcud imkanlar müsbət qiymətləndirilib. MOK və federasiya rəhbərliyi idmançılarımızın ölkəmizi layiqincə təmsil edəcəklərinə inandıqlarını bildirərək onlara uğurlar arzulayıblar.

Qeyd edək ki, Azərbaycan XXV Qış Olimpiya Oyunlarında iki idmançı – fiqurlu konkisürən Vladimir Litvintsev və dağ xizəkçisi Anastasiya Papatoma ilə təmsil olunur.

Fevralın 22-dək davam edəcək Olimpiadada 92 ölkədən 3 minə yaxın idmançı mübarizə aparır.

Əlaqəli Xəbərlər