Menyu

Albaniya çempionatı: Azərbaycanlı futbolçular son turda nə ilə yadda qaldılar?

Operativ Media
Albaniya çempionatı: Azərbaycanlı futbolçular son turda nə ilə yadda qaldılar?

Albaniya çempionatında 23-cü tura yekun vurulub.

Operativ Media xəbər verir ki, Vüsal İsgəndərlinin çıxış etdiyi "Partizani" və Zamiq Əliyevli "Eqnatia" növbəti qələbələrini qazanıblar.

"Partizani" səfərdə "Bylis"i 2-1 hesabı ilə məğlub edib. Matça start heyətində başlayan Vüsal İsgəndərli ilk hissədən sonra əvəzlənib.

Zamiq Əliyevin şərəfini qoruduğu "Eqnatia" da səfərdən qələbə ilə qayıdıb. Həmyerlimizin 90 dəqiqə meydanda olduğu oyunda "yaşıl-qaralar" "Flamuntari"yə 1-0 hesabı ilə qalib gəlib.

23 turdan sonra "Eqnatia" 42 xalla turnir cədvəlinin 3-cü, "Partizani" isə 30 xalla 5-ci pilləsində qərarlaşıb.

Əlaqəli Xəbərlər