Menyu

Azərbaycanda keçiriləcək çövkən üzrə dünya çempionatına daha iki komanda vəsiqə qazanıb

Operativ Media
Azərbaycanda keçiriləcək çövkən üzrə dünya çempionatına daha iki komanda vəsiqə qazanıb

Çövkən üzrə Cənubi Amerika çempionatı Argentinada möhtəşəm idman atmosferi fonunda başa çatıb və bununla da dünya çempionatına vəsiqə qazanan növbəti komandalar müəyyənləşib.

Beynəlxalq Çövkən Federasiyasından Operativ Media-ya bildirilib ki, Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə keçirilən qitə turnirinin qalibi olan Uruqvay və ikinci yeri tutan Çili komandaları Bakıdakı yarışda iştirak hüququ əldə ediblər.

Gərgin mübarizə şəraitində keçən yarışın final qarşılaşmasında Uruqvay yığması Çili komandasını 3:2 hesabı ilə məğlub edərək qitə çempionu adını qazanıb. Üçüncü yer uğrunda keçirilən oyunda isə Argentina Kolumbiyaya eyni hesabla qalib gələrək bürünc medallara sahib çıxıb.

Əlaqəli Xəbərlər