Bəhlul Mustafazadənin Çin klubuna transferi niyə baş tutmadı?
Azərbaycan millisinin və "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə Çinin “Şençjen Penq Siti” klubuna keçməkdən imtina edib.
Operativ Media xəbər verir ki, bunu Futbolinfo.az saytına açıqlamasında futbolçunun atası Ələmdar Mustafayev deyib.
O, Çin klubunun etdiyi təklifdən danışıb.
“Bəhlulla danışdım, dedi ki, onlar indi klubun düşərgəsinə qatılmasını tələb ediblər. Çempionat martda başlasa da, hazırlıq mərhələsinə qatılması və transfer pəncərəsinin bağlanması səbəbindən bu addımı atıblar. 2+1 illik müqavilə təklif olunub. Lakin Bəhlul son anda imtina edib”.
Ələmdar Mustafayev Bəhlulun bu transferdən imtina etməsinin səbəblərini açıqlayıb.
“Deyib ki, komandanın qarşıda iki vacib oyunu və sıx qrafiki var. Bu şəraitdə, çətin vəziyyətdə “Qarabağ”ı tərk etmək istəməyib. Qarşı tərəf isə “indi gəlsin” deyib. Nəticədə Bəhlul özü "Qarabağ"da qalmaq qərarını verib”.