Menyu

Xəyal Əliyev: "Komandada əhval-ruhiyyə bomba kimidir"

Operativ Media
Xəyal Əliyev: "Komandada əhval-ruhiyyə bomba kimidir"

"Hər oyunda qol vurduğuma görə çox sevinirəm".

Operativ Media xəbər verir ki, bu sözləri "Sabah"ın futbolçus Xəyal Əliyev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, Misli Premyer Liqasının XIX turunun oyununda "Araz-Naxçıvan"ı 4:1 hesabı ilə üstələdikləri oyunla bağlı fikirlərini bölüşüb:

"İnşallah qollarım davamlı olar. Növbəti matçda da fərqlənmək və azarkeşlərimizi sevindirmək istəyirəm".

Azərbaycan millisinin üzvü Bakı təmsilçisinin çempionatda ardıcıl qələbələr qazanmasına toxunub:

"Hər oyuna qalibiyyət üçün çıxırıq. Ümid edirəm ki, bütün qarşılaşmalarda qələbə qazanacağıq. Komandada əhval-ruhiyyə bomba kimidir. İnşallah hər şey yaxşı olacaq"

Qeyd edək ki, 46 xalla Premyer Liqanın vahid lideri olan "Sabah" XX turda "Qəbələ"nin qonağı olacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər