Menyu

Ötən il reklam qaydalarının pozulması ilə bağlı 20 inzibati xəta qeydə alınıb

Operativ Media
Ötən il reklam qaydalarının pozulması ilə bağlı 20 inzibati xəta qeydə alınıb

Azərbaycanda ötən il Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qanunvericiliyinin pozulması ilə əlaqədar 20 inzibati xəta haqqında protokol tərtib olunub.

Operativ Media xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.

Pozuntuların mahiyyəti üzrə bölgüyə əsasən, haqsız reklama yol verilməsi halları üzrə 6 protokol tərtib edilib. Qeyri-dəqiq reklama yol verilməsi faktları ilə bağlı 7 protokol qeydə alınıb. Reklamı qadağan edilmiş əmtəələrin reklam edilməsi üzrə 6 protokol, reklama dair ümumi tələblərin pozulması ilə bağlı isə 1 protokol tərtib olunub.

"Reklam qanunvericiliyinin tələblərinə riayət olunması sahibkarların bazarda mövqeyini gücləndirir, istehlakçılara səmərəli və düzgün seçim imkanları yaradır, sağlam istehlakçı davranışlarının formalaşmasına töhfə verir", - məlumata qeyd olunub.

Əlaqəli Xəbərlər