Menyu

Millinin baş məşqçisi: “Toplanış komandamız üçün çox faydalı oldu”

Operativ Media
Millinin baş məşqçisi: “Toplanış komandamız üçün çox faydalı oldu”

“Toplanış komandamız üçün çox faydalı oldu”.

Operativ Media xəbər verir ki, bu sözləri 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Həbib Ağayev Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan təlim-məşq toplanışı barədə AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

O, komandanın hazırlığından razı qaldığını deyib: “Toplanış komandamız üçün çox faydalı oldu. Özümüzdən yaşca böyük olan Özbəkistanın U-20 yığmasına qarşı iki oyun keçirdik və bu matçlar futbolçularımıza vacib beynəlxalq təcrübə qazandırdı. Ümumilikdə komandanın toplanış zamanı həm oyuna münasibətindən, həm də göstərdiyi performansdan razıyam. Bu hazırlıq bir çox futbolçu üçün inkişaf baxımından dəyərli təcrübə oldu”.

U-19-un baş məşqçisi Özbəkistan yığmasına qarşı keçirilən yoxlama oyunlarını (3:2, 0:4) da dəyərləndirib: “İlk oyunda komanda xarakter və intizam göstərdi. Rəqib hesabı bərabərləşdirsə və biz azlıqda qalsaq da, qızlar toparlanaraq qələbə qazanmağı bacardılar. Bu, komanda ruhunun və düzgün oyun yanaşmasının göstəricisidir. İkinci görüşdə isə yorğunluq və məhdud rotasiya imkanları öz təsirini göstərdi, nəticədə məğlub olduq. Buna baxmayaraq, belə qarşılaşmalar hazırlıq prosesinin vacib hissəsidir və gələcəkdə üzərində işləməli olduğumuz məqamları göstərir”.

Əlaqəli Xəbərlər