Menyu

Bələdiyyələrin büdcə gəlirləri 7.9 milyon manat artıb

Operativ Media
Bələdiyyələrin büdcə gəlirləri 7.9 milyon manat artıb

Bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək tədbirləri çərçivəsində yerli büdcənin əsas formalaşma mənbələrindən olan yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi sahəsində problemlərin aradan qaldırılması üçün davamlı tədbirlər (vergitutma obyektlərinin uçotunun dəqiqləşdirilməsi, uçotdan kənarda qalan obyektlərin uçota götürülərək vergiyə cəlb edilməsi, vergilərin qanunauyğun hesablanaraq yığılması, vergi borcları üzrə inzibati akt qəbul edilərək məcburi icraya yönəldilməsi, əvvəlki illərdə icarəyə verilmiş bələdiyyə torpaqlarının icarə haqlarının mövcud bazar qiymətlərinə uyğunlaşdırılması) görülmüş və müsbət nəticələr əldə edilib.

Operativ Media xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin yaz sessiyası üzrə növbəti iclasının gündəliyində bələdiyyələrin fəaliyyəti haqqında illik məruzədə öz əksini tapıb.

Belə ki, 2025-ci ilin aprel ayında dərc olunan Dövlət Statistika Komitəsinin 2024-cü il üzrə bələdiyyə büdcəsinin icrası barədə məlumatına əsasən ölkə üzrə bələdiyyələrin büdcə gəlirləri əvvəlki illə müqayisədə təxminən 7.9 milyon manat artaraq (14,4%) ilk dəfə 63 milyon manata yaxın vəsait təşkil etmişdir. Bələdiyyələrin vahid informasiya sistemindən əldə olunan məlumatlara əsasən 2025-ci ilin yekunları üzrə bu göstəricinin 60 milyon manat həddini keçməsi proqnozlaşdırılır.

Həmin məlumatlardan görünür ki, 2025-ci ildə əksər bələdiyyələrin büdcə daxilolmalarında müsbət nəticələrə nail olunmuş və 2024-cü illə müqayisədə yerli büdcələrə torpaq və əmlak vergisindən təxminən 26% (7,2 milyon manat) çox vəsait daxil olunub.

Əlaqəli Xəbərlər