Menyu

Prezidentin bu gün qəbul etdiyi ABŞ şirkətlərinin rəhbər şəxsləri – SİYAHI

Operativ Media
Prezidentin bu gün qəbul etdiyi ABŞ şirkətlərinin rəhbər şəxsləri – SİYAHI

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Operativ Media nümayəndə heyətində yer alan bəzi şəxslərin adlarını təqdim edir:

● “Apple” şirkətinin Türkiyə və Azərbaycan dövlət əlaqələri üzrə direktoru – Senem Yavaş

● "Ardea Energy Technology" şirkətinin İdarə Heyətinin sədri – Abdulhamit Turgut Bağdat

● Meta (Instagram, Facebook) şirkətinin Türkiyə və Azərbaycan üzrə İctimai Siyasət Departamentinin rəhbəri – Sezen Yeşil

● BP şirkətinin beynəlxalq əlaqələr üzrə meneceri – Mariana Lemos Costa

● “Azerbaijan Coca-Cola Bottlers” MMC-nin baş direktoru – Rəna Məmmədova

● “Ritz-Carlton Baku” və “JW Marriott Abşeron Baku” hotellərinin baş icraçı direktoru – Nilesh Singh

● “Lummus Technology” şirkətinin prezidenti və baş icraçı direktoru – Leon de Brayn

● "Mastercard"ın Türkiyə və Azərbaycan üzrə ictimai siyasət direktoru – Yasemin Esenlik

● "Ericsson"un Türkiyə və Azərbaycan üzrə İctimai siyasət və dövlət əlaqələri üzrə meneceri – Aydın Canbəkov

● "Visa"nın Mərkəzi Asiya və Qafqaz regionu üzrə regional meneceri və vitse-prezidenti – Kristina Doros


Əlaqəli Xəbərlər