Menyu

MOK-un etirazından sonra erməni idmançıların musiqi seçiminə dəyişiklik edildi

Operativ Media
MOK-un etirazından sonra erməni idmançıların musiqi seçiminə dəyişiklik edildi

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) erməni idmançıları Karina Akopova və Nikita Raxmaninin fiqurlu konkisürmə üzrə qısa proqramda "Arsax" adlı musiqidən istifadə etməsinə qarşı ciddi etirazı ilə bağlı tədbir görülüb.

Operativ Media xəbər verir ki, MOK-un haqlı narazılığına Beynəlxalq Olimpiya Komitəsi (BOK) və Beynəlxalq Konkisürmə Birliyinin (ISU) rəsmi nümayəndələri münasibət bildiriblər.

Erməni idmançılarının bu seçiminin Olimpiya Xartiyasının siyasi neytrallıq prinsiplərinə zidd olduğu nəzərə çatdırılıb və yarış vaxtı erməni idmançılarının istifadə edəcəyi musiqinin adının dəyişdirilməsi barədə məlumat verilib.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.

Əlaqəli Xəbərlər