U-19 Azərbaycan çempionatına start verildi: İlk gündə 41 döyüş keçirildi
Operativ Media
Gənc boksçular arasında Azərbaycan çempionatına start verilib.
Operativ Media xəbər verir ki, yarışın ilk günündə 5 çəki dərəcəsində 41 döyüş keçirilib.
50 kq, 55 kq, 60 kq, 65 kq-da 1/16, 70 kq-da 1/8 finalçılar bəlli olub.
7 gün davam edəcək yarışın 2-ci günündə 45 görüş olacaq. Bakı Boks Mərkəzində keçirilən U-19 Azərbaycan çempionatında döyüşlər saat 12:00-da başlanacaq.
Qeyd edək ki, yarışın qaliblərinin adına fevralın 15-də aydınlıq gələcək.