Azərbaycan cüdoçuları Parisdə beynəlxalq təlim-məşq toplanışına başlayıb
Operativ Media
Fransanın paytaxtı Parisdə beynəlxalq təlim-məşq toplanışı başlayıb.
Operativ Media xəbər verir ki, hazırlıq prosesinə 23 cüdoçumuz (16 kişi, 7 qadın) qatılıb. İdmançılarımıza kişilərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov ilə Slavko Tekiç və qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif rəhbərlik edir.
Qeyd edək ki, təlim düşərgəsi fevralın 12-də başa çatacaq.