Ana səhifə / İdman / "Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq "Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq 10.02.2026, 07:07 Operativ Media "Neftçi" Misli Premyer Liqasının 19-cu turunda qarşılaşacağı "Qəbələ" ilə matçın hazırlığını yekunlaşdırıb. Operativ Media xəbər verir ki, komandanın üzvləri bu gün "Palms Sports" Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.Klubun futbolçuları - İqor Ribeyro və Freddi Varqas cəzalı olduqları üçün bu görüşü buraxacaqlar.Qeyd edək ki, fevralın 10-da "Palms Sports Arena"da keçiriləcək "Neftçi" – "Qəbələ" matçı saat 19:00-da başlanacaq.