"İnter" və "Yuventus" yunan müdafiəçi ilə maraqlanır
Operativ Media
"İnter" və "Yuventus" "Volfsburq"un müdafiəçisi Konstantinos Kulierakisi transfer etmək niyyətindədir.
Operativ Media xəbər verir ki, bu haqda "Calciomercato" məlumat yayıb.
Mənbənin məlumatına görə, 22 yaşlı yunan futbolçunu "Liverpul" və "Tottenhem" də izləyir. Sol ayaqla oynayan mərkəz müdafiəçisi üç və ya dörd nəfərlik müdafiə xəttində oynaya bilir və xüsusilə hava toplarında güclüdür. Müdafiəçinin transfer qiyməti 30 milyon avro ilə 45 milyon avro arasında dəyişə bilər.