KİV: Salahın "Əl-Nəsr"dəki maaşı həftədə təxminən 1,4 milyon avro ola bilər
Operativ Media
"Liverpul"un hücumçusu Məhəmməd Salah 2026-cı ilin yayında Kriştiano Ronaldonun yerinə "Əl-Nəsr"ə keçərsə, maaşını üçqat artıraraq həftədə təxminən 1,4 milyon avroya çatdıra bilər.
Operativ Media xəbər verir ki, bu haqda "The Mirror" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Səudiyyə Ərəbistanı komandası və yerli liqa rəhbərliyi liqada maliyyənin ədalətsiz bölüşdürülməsindən narazılığına görə "Əl-Nəsr"lə müqaviləsini ləğv etməklə hədələyən 40 yaşlı portuqaliyalı Ronaldonun yerinə Salahı gətirməkdə maraqlıdır.
33 yaşlı misirli 2025/26 mövsümündə 25 oyunda altı qol vurub və altı məhsuldar ötürmə edib. O, 2017-ci ilin iyul ayından "Liverpul"da oynayır. Onun müqaviləsi 30 iyun 2027-ci ilə qədərdir.
"Transfermarkt" oyunçunun transfer dəyərini 30 milyon avro olaraq qiymətləndirir.