Menyu

Azərbaycan çempionatında 1/8 finalın ilk iştirakçıları müəyyənləşdi

Operativ Media
Azərbaycan çempionatında 1/8 finalın ilk iştirakçıları müəyyənləşdi

Şahmat üzrə Azərbaycan çempionatında 1/16 final mərhələsinin ikinci partiyaları keçirilib. 

Operativ Media xəbər verir ki, iki oyunun nəticəsinə əsasən Murad İbrahimli Vüqar Manafova (1,5-0,5), Əhməd Əhmədzadə Allahverdi Həmidova (1,5-0,5), Vüqar Rəsulov Fərid Orucova (2-0) qalib gələrək növbəti mərhələyə adlayıb. 

 Rəqibini hər iki partiyada məğlub edən Aydın Süleymanlı, Eltac Səfərli, Şiroğlan Talıbov 1/8 finalda mübarizə aparmaq imkanı qazanıb. İlk görüşdə qələbə qazanan, cavab oyununda heç-heçəyə nail olan Məhəmməd Muradlı və Read Səmədov da adını növbəti mərhələyə yazdırıb.

 1/16 final mərhələsinin iki oyunundan sonra qalib müəyyənləşməyən tərəflər arasında bu gün tay-brek oynanılacaq. Nicat Abasov-Şəmsi Qaraxanov, Ümid Aslanov-Xaqan Əhməd, Rəhim Qasımov-Məhəmməd Zülfüqarlı, Kamal Ağasiyev-Fərhad Tahirov, Xəzər Babazadə-Rəvan Əliyev və Misrətdin İskəndərov-Paşam Əlizadə arasında qalib bu gün baş tutacaq tay-brek oyunlarında müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycan çempionatına fevralın 22-də yekun vurulacaq. Qadın şahmatçılar mübarizəyə 1/8 final mərhələsindən qoşulacaq.

Əlaqəli Xəbərlər