Rumıniya millisinin baş məşqçisinin səhhəti ilə bağlı son vəziyyət açıqlanıb
Operativ Media
Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku təcili xəstəxanaya yerləşdirildikdən sonra evə buraxılıb.
Operativ Media xəbər verir ki, 80 yaşlı mütəxəssis hərtərəfli tibbi müayinədən keçib. Müayinədən sonra həkimlər bütün test nəticələrinin əla olduğunu bildirərək, onun xəstəxanadan çıxmasına icazə veriblər.
Luçeskunun yaxın vaxtlarda işinə qayıdacağı və milli komandayı 2026-cı il Dünya Kubokunun seçmə mərhələsinin 26 martda keçiriləcək Türkiyə ilə pley-off oyununa hazırlamağa davam edəcəyi gözlənilir.
Qeyd edək ki, Luçeskunun təcili xəstəxanaya yerləşdirilməsi yanvar ayının sonlarında elan edilmişdi. Onun soyuqdəymə səbəbindən ürək problemlərinin daha da pisləşdiyi bildirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net