Menyu

"Neftçi" braziliyalı vingerlə gücləndi

Operativ Media
"Neftçi" braziliyalı vingerlə gücləndi
1 dəq oxu

Kiprin “Etnikos” klubunun futbolçusu Breno Almeydanın “Neftçi”yə keçidi rəsmiləşib.

Operativ Media  xəbər verir ki, bu barədə Premyer Liqa klubu paylaşım edib.

“Ağ-qaralar” 27 yaşlı braziliyalı vingerin transferini yekunlaşdırdığını açıqlayıb. Futbolçu yeni komandasında 33 nömrəli formanı geyinəcək. Transferin detalları və müqavilə müddəti barədə hələlik məlumat verilməyib.

Qeyd edək ki, Breno Almeyda “Etnikos”a 2024-cü ilin yayında Braziliyanın “Sampayo” klubundan keçmişdi.

Əlaqəli Xəbərlər