Menyu

"Mançester Siti" 100 milyon avroluq transferə hazırlaşır

Operativ Media
"Mançester Siti" 100 milyon avroluq transferə hazırlaşır

"Mançester Siti" yay "transfer pəncərəsi"ndə "Notingem Forest"in yarımmüdafiəçisi Elliot Anderson üçün böyük məbləğli transferə hazırlaşır.

Operativ Media xəbər verir ki, bu barədə "Teamtalk" məlumat yayıb.

Mənbənin sözlərinə görə, "şəhərlilər" 23 yaşlı futbolçu üçün yayda 100 milyon avroluq təklif göndərməyi planlaşdırır. Klub onun yüksək işgüzarlığını, taktiki çevikliyini və yarımmüdafiə xəttinə dinamika qatmaq bacarığını xüsusi qiymətləndirir.

Qeyd edək ki, Eliot Anderson bu mövsüm "Notingem Forest"in heyətində bütün turnirlərdə 31 oyuna 1 qol vurub və 2 məhsuldar ötürmə edib. İngilis futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir

Əlaqəli Xəbərlər