Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı
Operativ Media
Azərbaycanın kamandan oxatma üzrə milli komandasının Bolqarıstanın Plovdiv şəhərində qapalı məkanda keçiriləcək Avropa çempionatı üçün heyəti bəlli olub.
Kamandan Oxatma Federasiyasından Operativ Media-ya bildirilib ki, turnirdə ölkəmizi Yaylagül Ramazanova, Fatimə Hüseynli, Məhəmmədəli Əliyev, Lalə Əbdürəhmanova, Nilufər Ağaməmmədli, Lalə İsmayılova, Yağmur Qurbanlı, Sərdar Vəliyev, Nurlan Rəhimli və Hüseyn Məhərrəmov təmsil edəcəklər.
İdmançılar fərdi, komanda və qarışıq növlərdə mübarizə aparacaqlar.
Qeyd edək ki, Avropa çempionatı fevralın 16–21-də təşkil olunacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net