Menyu

Gənc boksçuların ölkə birinciliyində 1/4 və 1/8 final mərhələləri keçirilib

Operativ Media
Gənc boksçuların ölkə birinciliyində 1/4 və 1/8 final mərhələləri keçirilib

Gənc boksçular arasında Azərbaycan çempionatı davam edir.

Operativ Media xəbər verir ki, yarışın ikinci günündə qız idmançılar da mübarizəyə qoşulublar.

Onlar 1/4 final döyüşlərinə çıxıblar və yarımfinalçılar müəyyənləşib.

Oğlan boksçular arasında 50 kq, 55 kq-da 1/8 finalçılar, 75 kq-da 1/4 finalçıların adlarına aydınlıq gəlib.

7 gün davam edəcək yarışın 3-cü günündə 47 görüş olacaq. Bakı Boks Mərkəzində keçirilən U-19 Azərbaycan çempionatında döyüşlər saat 12:00-da başlanacaq.

Qeyd edək ki, yarışın qaliblərinin adına fevralın 15-də aydınlıq gələcək.

Əlaqəli Xəbərlər