Menyu

"Qarabağ" Nəriman Axundzadə ilə vidalaşdı

Operativ Media
"Qarabağ" Nəriman Axundzadə ilə vidalaşdı

"Qarabağ" 22 yaşlı hücumçu Nəriman Axundzadə ilə vidalaşıb.

Operativ Media xəbər verir ki, bu haqda klubun sosial media hesabında vida paylaşımı edilib.

"Klubumuzla ABŞ təmsilçisi "Kolumbus Kru” arasında aparılan danışıqlar yekunlaşıb: Nəriman Axundzadənin MLS klubuna keçidi barədə razılıq əldə olunub.

"Qarabağ"ın yetirməsi olan Nəriman Premyer Liqada 84 oyunda 24 qol vurub. O, komandamızın heyətində 3 dəfə ölkə çempionu, 1 dəfə kubokun qalibi olub.

Qeyd edək ki, Azərbaycanın U-19 və U-21 yığmalarında da oynamış Nəriman əsas millinin heyətində 13 matç keçirib.

Bu illər ərzində klubumuzun uğurları üçün çalışan Nəriman Axundzadəyə göstərdiyi əzmə, peşəkarlığa və verdiyi töhfələrə görə təşəkkür edir, karyerasının yeni mərhələsində ona uğurlar arzulayırıq", - deyə paylaşımda qeyd edilib.

Əlaqəli Xəbərlər