Menyu

"Nyukasl" səfərdə "Tottenhem"i məğlub etdi

Operativ Media
"Nyukasl" səfərdə "Tottenhem"i məğlub etdi

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Nyukasl" İngiltərə Premyer Liqasında 26-cı turun oyununa çıxıb.

Operativ Media xəbər verir ki, Eddi Haunun komandası Londonda "Tottenhem"in qonağı olub. "Tottenhem Hotspur Stadium"da keçirilən görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. 

"Nyukasl" Premyer Liqada son 3 oyunda uduzmuşdu. Komanda çempionatda ümumilikdə 4 oyun idi ki, qalib gələ bilmirdi.

56 xala malik "Arsenal"ın liderlik etdiyi turnir cədvəlində "Nyukasl" 36 xalla 10-cu yerə yüksəlib. "Tottenhem" isə 29 xalla 16-cıdır.

Qeyd edək ki, "Qarabağ"la "Nyukasl" arasında ilk oyun fevralın 18-də, Bakıda olacaq və saat 21:45-də başlayacaq. Cavab görüşü isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-ü, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-i, saat 00:00-da start götürəcək.

Əlaqəli Xəbərlər