"Marsel" De Zerbi ilə yollarını ayırdı
Operativ Media
"Marsel" baş məşqçi Roberto De Zerbi ilə yollarını ayırıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun rəsmi saytı məlumat yayıb.
İtaliyalı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
46 yaşlı baş məşqçi 2024-cü ildən "Marsel"i çalışdırır. Onun rəhbərliyi altında komanda 69 oyundan 39-da qalib gəlib, 8 heç-heçə edib.
Ötən həftə sonu "Marsel" Liqa 1-in 21-ci turunda PSJ-yə 5-0 hesabı ilə ağır məğlubiyyətə uğrayıb. Komanda hazırda turnir cədvəlində 39 xalla dördüncü yerdədir. "Marsel" həmçinin Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilməyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net