"Qarabağ"ın rəqibinin yarımmüdafiəçisi zədələndi
Operativ Media
“Nyukasl Yunayted”in yarımmüdafiəçisi Bruno Gimaraeş İngiltərə Premyer Liqasının 26-cı turunda “Tottenhem”ə qarşı keçirilən və 2:1 hesabı ilə başa çatan oyunda zədələnib.
Operativ Media xəbər verir ki, 28 yaşlı braziliyalı futbolçu matçın son dəqiqələrində əvəzlənib.
“Nyukasl"ın baş məşqçisi Eddi Hou futbolçunun vəziyyəti ilə bağlı danışıb. “Hələlik Brunonun zədəsinin konkret səbəbini deyə bilmərəm. O, müəyyən narahatlıq hiss edir. Əvvəllər heç vaxt bud əzələləri ilə bağlı problemi olmayıb. Düşünürəm ki, zədə var, amma gözləyib görməliyik. Müsbət qalmağa çalışacağıq”.
Qeyd edək ki, Bruno daha əvvəl topuq nahiyəsindən aldığı zədə səbəbindən dörd oyunu buraxmış və yenicə meydana qayıtmışdı.