Azərbaycan futbol tarixinin ən bahalı transferləri açıqlandı - FOTO
Operativ Media
Azərbaycan futbol tarixində ən bahalı transferlərin siyahısı açıqlanıb.
Operativ Media “Transfermarkt” portalına istinadən xəbər verir ki, siyahıya 2,5 milyon avro ilə Nəriman Axundzadənin transferi başçılıq edir. İkinci pillədə 1,8 milyon avro ilə Deniz Yılmaz qərarlaşıb. İlk üçlüyü isə 1,2 milyon avro məbləğində transferlə Riçard Almeyda tamamlayır.
Dördüncü sırada 1 milyon avro ilə Narvik Sirkhayev yer alıb. Siyahıda həmçinin Şahruddin Məhəmmədəliyev (900 min avro), Ramil Şeydayev (800 min avro), Vəli Qasımov (600 min avro) və Anton Krivotsyuk (600 min avro) da qərarlaşıblar.
Doqquzuncu və onuncu pillələrdə isə Musa Qurbanlı yer alıb. O, hər iki transferində 500 min avro məbləğində bonservis dəyəri ilə siyahıya düşüb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
