Menyu

Azərbaycanlı futbolçu Maldiv adalarında ilk qolunu vurdu

Operativ Media
Azərbaycanlı futbolçu Maldiv adalarında ilk qolunu vurdu
1 dəq oxu

Azərbaycanlı futbolçu Nazim Məmmədzadənin formasını geyindiyi “Maziya” klubu Prezident Kubokuna qələbə ilə start verib.

Operativ Media xəbər verir ki, komanda ilk turda “Buru Sports Club” ilə üz-üzə gəlib.

Gərgin və mübarizəli keçən qarşılaşma “Maziya”nın minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0. Oyunda yeganə qolu həmyerlimiz Nazim Məmmədzadə vurub.

Qeyd edək ki, Maziya Maldiv adaları çempionatının son çempionudur.

Əlaqəli Xəbərlər