"Qəbələ" yeni transferini açıqlayıb
Operativ Media
“Qəbələ” transfer “pəncərəsi”nin son günündə heyətinə daha bir futbolçu cəlb edib.
Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar” 26 yaşlı dayaq yarımmüdafiəçisi Sambu Sissokonu Fransanın “Valensiyen” klubundan mövsümün sonuna qədər icarəyə götürüb.
Sonuncu komandası “Valensiyen” olan fransalı futbolçu daha öncə vətənində “Reyms”, Ukraynada “Vorskla”, Belçikada “Seren” kimi klubların formasını geyinib.
O, Fransanın U-19 və U-21 millilərinin heyətində çıxış edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net