Menyu

AFFA Kurban Berdiyevi 4 oyunluq cəzalandırdı

Operativ Media
AFFA Kurban Berdiyevi 4 oyunluq cəzalandırdı

"Turan Tovuz" klubu 12500 manat cərimələnib, komandanın baş məşqçisi Kurban Berdıyevə 4 oyunluq cəza verilib

Operativ Media  xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi (İK) qərar çıxarıb.

Bölgə təmsilçisi Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Kəpəz"lə oyunda yaşananlara görə ziyana düşüb.

Komandanın məşqçisi Yunis Hüseynov 41-ci dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub, ona bir oyunluq cəza verilib. Tovuz klubu Hüseynova görə 2500 manat ödəməli olacaq.

Baş məşqçi Kurban Berdiyev isə 64-cü dəqiqədə hakimi itələyib və təhqir edib. O, bu səbəbdən 4 matçlıq cəza ilə üzləşib və "Turan Tovuz" 10 000 manat cərimələnib.

İK "Qəbələ"yə xəbərdarlıq edib. Buna "qırmızı-qaralar"ın "Sabah"la qarşılaşmaya təyin olunan vaxtdan gec gəlməsi səbəb olub.

Əlaqəli Xəbərlər