Menyu

Şagirdi tərəfindən güllələnən müəllimin son durumu açıqlanıb

Ayşən Sadıxzadə
Şagirdi tərəfindən güllələnən müəllimin son durumu açıqlanıb
1 dəq oxu

Bakıda "İdrak" liseyində şagirdi tərəfindən güllələnən müəllimin son durumu açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən Operativ Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 1997-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində davam etdirilir.

Hazırda pasiyentin vəziyyəti stabil qiymətləndirilir.

Xatırladaq ki, hadisə fevralın 6-da Bakının Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş verib. Liseydə təhsil alan 10-cu sinif şagirdi Ə.Ş riyaziyyat müəllimi Şəhla Kamilovanı odlu silahdan atəş açaraq güllələyib.

Əlaqəli Xəbərlər