Menyu

WUF13-ə hazırlıq çərçivəsində məlumat sessiyaları keçirilib

Operativ Media
WUF13-ə hazırlıq çərçivəsində məlumat sessiyaları keçirilib

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) hazırlıq işləri çərçivəsində 23 yanvar - 12 fevralda davamlılıq prinsiplərinə həsr olunan bir sıra məlumat sessiyaları keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə məlumat "WUF13Azerbaijan"ın "X"dəki hesabında yayılıb.

Bildirilib ki, WUF13 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən təşkil edilən seminarlarda təqribən 1200 nəfər iştirak edib. Sessiyalarda iqlim dəyişikliyinə davamlı şəhər sistemləri, mənzil təminatı, şəhər mobilliyin əhəmiyyəti, həmçinin insanlar üçün əlçatan və inklüziv şəhər inkişafı haqqında təqdimatlar olub.

Əlaqəli Xəbərlər