"Kupça" almaq üçün şərtlər dəyişir - VİDEO
Operativ Media
Nazirlər Kabineti daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və rəsmiləşdirilməsi prosedur qaydalarını təsdiq edib.
Operativ Media xəbər verir ki, yeni qaydalara görə təqdim edilən sənədlərlə torpağın kateqoriyası dövlət torpaq kadastrına uyğun gəlmədikdə, qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 iş günü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırma aparılmalıdır.
Yəni vətəndaş daşınmaz əmlakının qeydiyyata alınması ilə bağlı müraciət edən zaman qeydiyyata məsul olan dövlət qurumunda məlumat fərqli olarsa, həmin məlumatın dəqiqləşdirilməsi işini dövlət qurumu özü həyata keçirməlidir.
Ətraflı AzTV-nin sujetində: