Menyu

ADY Bakı-Qəbələ-Bakı marşrutu ilə vahid biletin satışına başlayır

Operativ Media
ADY Bakı-Qəbələ-Bakı marşrutu ilə  vahid biletin satışına başlayır
ADY 17 fevral tarixindən etibarən Bakı-Qəbələ-Bakı marşrutu ilə gündəlik səfərlər üçün Ləki stansiyasından transferin də daxil edildiyi vahid biletin satışına başlayır.

Operativ Media xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Belə ki, bu marşrut üzrə saytımızdan və ya “ADY Mobile” tətbiqindən bilet əldə edərkən transferli vahid bilet təklif olunacaq:

Bakı–Qazax–Bakı reysi ilə Ləki stansiyasına qədər hərəkət;

Ləki stansiyasından isə Gəncə–Qəbələ–Gəncə reysi ilə Qəbələ istiqamətində səfər.

Qeyd edək ki, Bakı-Qəbələ-Bakı marşrutu ilə həftəsonu səfərlər üçün həm də standart bilet seçimi edə bilərsiniz.

Əlaqəli Xəbərlər